TƏBİB-dən qanvermə aksiyaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qanvermə aksiyaları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən qanvermə aksiyaları ilə bağlı AÇIQLAMA

87493

Mərkəzi Qan Bankının bütün tibb heyəti qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.

Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bütün tibb heyəti bu gün - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub. 

100-dən çox tibb işçisi təşkil olunan qanvermə aksiyaları üzrə təhkim olunub. 

Qanvermə bu gün saat 08:00-dan başlayıb və 18:00-dək davam edəcək. Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutur. Alınan qanın standart dozası 350-400 ml təşkil edir.
Qeyd edək ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO