ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin iti Birləşmiş Ştatların birinci iti olacaq.
“CBS News” telekanalının verdiyi məlumata görə, xüsusi olaraq "indoqurasiya" adlandırılan bu prosedur Co Baydenin inauqurasiyasından əvvəl - bu gün təşkil olunacaq.
Tədbirin keçirilməsi təşəbbüsü “Delaware Humane Association” təşkilatına aiddir. Təşkilat qeyd edib ki, Co Baydenin “Meycor” ləqəbli iti artıq Ağ Evdəki sığınacaqların birinci iti hesab olunur.
Assosiasiya özünün sosial şəbəkə hesablarında bildirib ki, bu məqsədə xüsusi mrəasim təşkil olunacaq və "indoqurasiya"dan əldə ediləcək vəsait xeyriyyəçilik məqsədi üçün xərclənəcək.
Xatırladaq ki, Bayden bir neçə ay əvvəl ötən əsrdə Ağ Evdə Birləşmiş Ştatların bütün prezidentlərinə məxsus olmuş it saxlama ənənəsini geri qaytaracağını söz verib.
Bu ənənəni ABŞ-ın hazırkı prezidenti Donald Tramp pozub.
Baydenin yanvarın 20-ə planlaşdırılan inaqurasiyasından sonra Ağ Evə onunla və xanımı ilə birlikdə “Çemp” və “Meycor” ləqəbli alman cinsi itləri də köçəcəklər. (Report)
Bizim.Media