Ekologiya Nazirliyindən Atatürk Parkı ilə bağlı AÇIQLAMA: “Mülkiyyətçini axtarırıq”

Ekologiya Nazirliyindən Atatürk Parkı ilə bağlı AÇIQLAMA: “Mülkiyyətçini axtarırıq”

Hazırda oxunan: Ekologiya Nazirliyindən Atatürk Parkı ilə bağlı AÇIQLAMA: “Mülkiyyətçini axtarırıq”

87119

Ötən gün “Atatürk Parkında məhv edilən ağaclar və “eyş-işrət” məclisi – FOTOFAKT” sərlöhvəli yazı dərc eləmişdik. Yazıda parkın bir hissəsindəki “ekoloji terror”dan və ərazidə nöqsanlardan söhbət açmışdıq.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya yazılı cavab gəlib:
 

MÖVZU İLƏ BAĞLI:

Atatürk Parkında məhv edilən ağaclar və “eyş-işrət” məclisi - FOTOFAKT


“Bakı şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçələrinin kəsişməsindəki ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən məlumat araşdırılıb. 

Sözügedən ünvana keçirilən baxış zamanı hasarlanmış ərazidə tullantıların və qurumuş ağac budaqlarının olduğu müəyyən edilib, lakin ağac kəsintisi faktı qeydə alınmayıb”.

Nazirlikdən o da bildirildi ki, hazırda torpaq mülkiyyətçisinin müəyyən olunması istiqamətində araşdırma aparılır:

“Mülkiyyətçi müəyyən olunduqdan sonra ərazinin təmizlənməsi və ağaclara aqrotexniki xidmət göstərilməsi təmin ediləcək”.

Mövzunun aktuallığını nəzərə alıb müvafiq icra qurumlarının da mövqeyini öyrənməyə çalışacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO