Qubanın Xınalıq kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əmisi Rauf Zeynalovun evini bərpa edən kənd sakini, 35 yaşlı Eldəniz Zal oğlu Zeynalov divarın altında qalaraq ölüb.
Quba İH başçısının Xınalıq kəndi üzrə nümayəndəsi Nəsimi Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, hadisə kənddə Dövlət Turizm Agentliyinin xəttilə təmir olunan qədim yaşayış evlərindən birində baş verib.
O, əmisinin evinin divarına metal tökən zaman divar uçub. E.Zeynalov hadisə yerində ölüb. Mərhumun bir uşağı var.
Fakt Quba rayon Prokurorluğu tərəfindən araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 04.08.2022
Əmisinin evini təmir edirdi – Uçan divarın altında qaldı
Hazırda oxunan: Əmisinin evini təmir edirdi – Uçan divarın altında qaldı
Hazırda oxunan: Əmisinin evini təmir edirdi – Uçan divarın altında qaldı
86893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.