Nüşabə Şəbnəmi biabır etdi: “Ondan zəhləm gedir, sünidir, “whatsapp”da blokdadır” - VİDEO 

Nüşabə Şəbnəmi biabır etdi: “Ondan zəhləm gedir, sünidir, “whatsapp”da blokdadır” - VİDEO 

Hazırda oxunan: Nüşabə Şəbnəmi biabır etdi: “Ondan zəhləm gedir, sünidir, “whatsapp”da blokdadır” - VİDEO 

86882

“Şəbnəm Tovuzlunun ifasında dinlədiyim mahnılar var. Amma o, ikili oyun oynayır. Çox sünidir, pafosludur, özü deyil. Hansı qadın Şəbnəmin həyatını yaşamaq istəyər ki? Şəbnəm xoşbəxt deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib. 

Bir zamanlar Tovuzlu ilə rəfiqə olduğunu bildirən Musayeva onun haqda qalmaqallı fikirlər səsləndirib.  

Nüşabə Şəbnəmi “ikiüzlülük”də günahlandıraraq, ona etdiyi yaxşılıqları “başına qaxınc” edib.

“Onunla 5-6 il çörək kəsmişəm, evinə gedib-gəlmişəm. Bir ara onunla çox yaxın olmuşuq, amma Şəbnəm Həci ilə tanış olduqdan sonra məndən uzaqlaşdı. Həcini 2002-ci ildən tanıyıram. Mən onların yanında başqa bir dükanda satıcı işləmişəm.

Onlar da bir neçə qardaşdırlar. Həcigil də kişi kostyumları satırdılar. Şəbnəmdə qısqanclıqmı yarandı, bilmirəm, amma uzaqlaşdı məndən. Hazırda Şəbnəm mənim “whatsapp”ımda blokdadır. Ondan zəhləm gedir. O qızı sevmirəm. Zaman var idi ki, onu çox istəyirdim. Mənə qarşı Şəbnəm çox səhvlər edib”.

Şəbnəmi biabır edən Nüşabə onunla barışmayacağını və harada gördüsə sataşacağını söyləyib.

“Könül Kərimovanın övladının toyunda Şəbnəm ifa etdiyi zaman mən də yanında rəqs edirdim. Rəqs edənlərdən Manaf Ağayev, Mənzurə Musayeva və Zenfira İbrahimova vardı. Şəbnəm əli ilə məni itələdi.
Zenfiranın əlindən tutub oxuya-oxuya getdi qabağa. Onda dedim ki, zaman gələcək sənin cavabını çox pis verəcəyəm.

Şəbnəmin haqqında belə danışmaq lazımdır. Bu sözlərə layiqdir. Dostluğu bacarmır, maskadır. Yaxşılıq bilməyən, çörəyə dəyər verməyən biridir. Şəbnəmlə barışmağım qeyri-mümkündür. Harada görürəmsə ona sataşıram, replika atıram”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO