Böyük Britaniyada 17 min 500 nəfərə aid məlumatlar göstərib ki, koronavirus testinin nəticəsi müsbət olmuş şəxslərdə ən çox rast gəlinən simptom boğaz ağrısı olub. Digər xarakterik əlamətlər isə baş ağrısı, burun tıxanıqlığı və öskürəkdir.
Bizim.Media xəbər verir ki, Britaniya Milli Sağlamlıq Xidmətinin (NHS) siyahısında ilk yerləri tutan yüksək hərarət və iybilmə/dadbilmənin itməsi əlamətləri artıq nadir hallarda ortaya çıxır.
Tez-tez rast gəlinən simptomlar səsin batması, asqırma, yorğunluq, əzələ ağrıları və başgicəllənmədir.
Digər əlamələr:
- Boğaz ağrısı - 58%
- Baş ağrısı - 49%
- Burun tutulması - 40%
- Quru öskürək - 40%
- Burun axması - 40%
- Bəlğəmli öskürək - 37%
- Səs tutulması - 35%
- Asqırma - 32%
- Yorğunluq - 27%
- Əzələ ağrıları - 25%
- Başgicəllənmə - 18%
- Limfa düyünlərinin şişməsi - 15%
- Göz ağrısı - 14%
- Uybilmə hissinin dəyişməsi - 13%
- Sinə ağrıları - 13%
- Qızdırma - 13%
-Tərləmə-titrəmə - 12%
- Tənginəfəslik - 11%
- Qulaq ağrısı- 11%
- Dadbilmə hissinin itməsi - 10%.
Bu əlamətlərə digər araşdırmalarda da rast gəlinir.
Bizim.Media
- A-
- A
- A+
COP29
01:22 / 04.08.2022
Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMU
Hazırda oxunan: Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMU
Hazırda oxunan: Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMU
86859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.