Bakı metrosundan köhnə qatarlar YIĞIŞDIRILIR? - Rəsmi CAVAB

Bakı metrosundan köhnə qatarlar YIĞIŞDIRILIR? - Rəsmi CAVAB

Hazırda oxunan: Bakı metrosundan köhnə qatarlar YIĞIŞDIRILIR? - Rəsmi CAVAB

86815

Yay aylarında Bakı metrosunda havasızlıqdan şikayət edənlər durmadan artır. Sərnişinlər xüsusilə pik saatlarda istər platformalarda, istərsə də vaqonlarda nəfəs almağın çətinliyindən gileylənirlər. Demək olar ki, hər gün metroda istidən kiminsə halı pisləşir, ürəyi gedir. Şikayətçi sərnişinlərin tələblərinə görə yay aylarında xəttə ya kondisionerli qatarlar buraxılsın, ya da onların sayı artırılsın. 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında sərnişinlərin metroda tənəffüsünü asanlaşdırmaq üçün müəyyən işlər görüldüyünü və bu tıdbirlərin davam etdirildiyini qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosu bu tarixdə iş rejimini dəyişəcək - SƏBƏB


“Hazırda “Bakı Metropoliteni” xətlərində hər gün 40-46 marşurut üzrə vaqon istismara verilir. Sərnişinlərin kondinsionerli adlandırdığı yeni nəsil qatarlarının sayı isə 19-dur. Yalnız bu qatarların xəttdə olması və digər qatarların olmaması intervalların ən azı 2-3 dəfə artmasına səbəb olar. Faktiki olaraq metropliten nəqliyyatının intensivliyi sürətini nəzərə alsaq, təbii ki, yolverilməzdir. Metropoliten vaqon parkında olan yeni qatarları daim xəttdə işlədir. Həmin qatarlar xəttdən yalnız normativ tələblərə uyğun olaraq 12-20 saat xəttdə olduqdan sonra depoya texniki baxış, qulluq və xidmət üçün göndərilməlidir. Bu hallar istismar olmaq şərtilə həmin qatarlar daimi xəttdə olur”.

Köhnə qatarlara kondinsioner quraşdırılması məsələsinə gəlincə, Bəxtiyar Məmmədov  bu işin həddindən artıq xərc tələb etdiyini qeyd edib: 

“Son illərdə Metropolten bu istiqamətdə bütün mümkün araşdırmaları aparıb. Istehsalçı müəssisə və dünyada olan bütün innovativ texxnalogiyaların hər biri öyrənilib. Tətbiqi  imkanlarına baxılıb. İstehsalçı müəssisənin verdiyi yekun qərar və rəy belə olub ki, köhnə qatarlara kondinsioner quraşdırılması faktiki olaraq yeni qatarın istehsalı prosesinə bərabər olan bir məsrəf təlıb edir.

Köhnə qatarların yenisi ilə əvəz olunması isə iki vacib şərt əsasında aparılır. Birinci, qatarlar istismar müddətini başa vurmalıdır, ikinci isə yeni stansiyalar açıldıqca, zərurət yarandığı halda yeni qatarların alınması həyata keçirilə bilər.
 

Hazırda Metroplitenin lokomotik parkında olan vaqonlarının istismar müddəti 30-31 ildir və onlar istismar müddətini başa vurduqca yeniləri ilə əvəz olunur. Vaqon parkındakı köhnə qatarların hamısı işlək və saz vəziyyətdədir”.


Qurum rəsmisi onu da əlavə edib ki, son 2 il ərzində 17 yeni ventilyator alınıb:

“Ventilyatorlar alınarkən müasir dövrün tələbləri, sərnişin sıxlığı və digər məsələlərə xüsusi baxılır. Hətta gələcək dövrün tələbləri də xüsusilə öyrənilir. Tətbiq olunan ventilyatorların istismar olunduğu stansiya və tunellərdə məhz havanın hərarətin aşağı düşməsi də müşahidə olunub. Bu məsələ də davamlı olaraq aparılacaq bir prosesdir. Təbii havalandırma sisteminin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə demfer sisteminin quraşdırılması da başlanılıb. Bu istiqamətdə də işlər müntəzəm olaraq davam etdiriləcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO