Abdullah Zubir “Qarabağ”ı tərk edə bilər

Abdullah Zubir “Qarabağ”ı tərk edə bilər

Hazırda oxunan: Abdullah Zubir “Qarabağ”ı tərk edə bilər

86515
 

"Qarabağ”ın futbolçusu Abdullah Zubir klubu tərk edə bilər.

"Report” "Le Telegramme” portalına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin xidmətində ötən mövsüm Fransada Liqa 1-i tərk edən "Genqam” maraqlıdır. Zubirin transferini reallaşdırmaq üçün klub prezidenti Bertrand Desplat və menecer Stefan Karnonun hazırda Bakıda olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yayında Fransanın "Lans” klubundan gələn Mərakeş əsilli fransalı futbolçunun "Qarabağ”la 2020-ci ilin iyulunadək müqaviləsi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO