İran polisi 2 azyaşlı uşağı güllələdi - FOTO

İran polisi 2 azyaşlı uşağı güllələdi - FOTO

Hazırda oxunan: İran polisi 2 azyaşlı uşağı güllələdi - FOTO

86505

İran polis qüvvələrinin Mərivan şəhər sakininin avtomobilinə atəş açması nəticəsində 9 və 11 yaşlı iki uşaq həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, iyulun 31-də baş verən hadisə zamanı polis məmurları Mərivan şəhər sakini Rəhman Raşidi Məneşin şəxsi avtomobilini atəşə tutublar. Bu zaman maşında olan və ağır güllə yarası alan 2 uşaq dünyasını dəyişib. 

Öldürülən uşaqların Rəhman Raşidi Məneşin övladları olduğu bildirilir. Məlumata görə, uşaqların atası və anası da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

Məlumatda o da qeyd olunub ki, polis məmurları əvvəlcədən heç bir xəbərdarlıq etmədən Raşidi Məneşin avtomobilini gülləbaran ediblər. 

İranın məhkəmə və hüquq-mühafizə orqanları hələlik hadisə barədə, habelə vətəndaşın avtomobilinə atəş açılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO