Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı quruldu

Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı quruldu

Hazırda oxunan: Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı quruldu

86487

Bakıda Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub.

Bizim.Media Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalı yaxınlığında qazaxıstanlı köçərilərin ənənəvi yaşayış məskəni qurulub.

2022-ci il avqustun 6-dan avqustun 31-dək alaçıqda “Welcome to KZ” turizm məlumat mərkəzi fəaliyyət göstərəcək.

Bundan başqa, burada iki sərginin keçirilməsi planlaşdırılır. Onlardan biri daimi olacaq, digəri isə hər həftə dəyişdiriləcək. Bu sərgilərdə Qazaxıstan haqqında müxtəlif stendlər təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO