İngiltərənin qadın futbolçuları Avropa çempionu oldu

İngiltərənin qadın futbolçuları Avropa çempionu oldu

Hazırda oxunan: İngiltərənin qadın futbolçuları Avropa çempionu oldu

86383

Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, İngiltərə yığması tarixində ilk dəfə qitənin ən güclüsü adını qazanıb.

Londondakı "Uembli" stadionunda keçirilmiş final matçında yerli komanda Almaniyaya əlavə vaxtda qalib gəlib - 2:1. Hesabı 62-ci dəqiqədə ingiltərəli Ella Tun açıb. 74-cü dəqiqədə Lina Maqull bərabərlik qolunu vurub və oyunun taleyini əlavə vaxta daşıyıb.

111-ci dəqiqədə isə Kloi Kelli İngiltərə millisinin qələbə topunun müəllifi olub. Kelli qol sevincini futbolkasını əynindən çıxararaq qeyd etdiyi üçün ukraynalı referi Katerina Monzuldan sarı vərəqə alıb.

Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO