Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.
Bu, Ağdamın “Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.
Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.
“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.
Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.
Qeyd edək ki, qardaş Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:39 / 31.07.2022
“Qarabağ” klubu 70-ci pillədə qərarlaşdı
Hazırda oxunan: “Qarabağ” klubu 70-ci pillədə qərarlaşdı
Hazırda oxunan: “Qarabağ” klubu 70-ci pillədə qərarlaşdı
86303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.