Kursantların praktiki məşğələləri başa çatdı - VİDEO 

Kursantların praktiki məşğələləri başa çatdı - VİDEO 

Hazırda oxunan: Kursantların praktiki məşğələləri başa çatdı - VİDEO 

86092

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində keçirilən praktiki təlim məşğələləri başa çatıb. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq keçirilən məşğələlərdə kursantlar ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə tapşırıqları, atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər. 

Həmçinin təlim məşğələlərində azimutla hərəkət, mühəndis maneələrinin dəf edilməsi, yaralıların döyüş meydanından təxliyəsi, şərti düşmən hədəflərinin aşkarlanaraq zərərsizləşdirilməsi və digər tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə icra edilib. 
Kursantlarla keçirilən məşğələlərdə əsas məqsəd onların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsidir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO