Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti Müşahidə Şurasının ilk iclası keçirilib - FOTO

Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti Müşahidə Şurasının ilk iclası keçirilib - FOTO

Hazırda oxunan: Qarabağda Bərpa, Tikinti və İdarəetmə Xidməti Müşahidə Şurasının ilk iclası keçirilib - FOTO

86087

Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının bu gün ilk iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclas Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi – Emin Hüseynovun sədrliyi ilə keçirilib. 

İclasda müşahidə şurasının üzvləri Azərbaycan iqtisadiyyat nazirinin müavini – Səməd Bəşirli, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini – Sarvan Cəfərov, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini – Namiq Hümmətov və Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müavini – Azadə Hüseynova iştirak ediblər. 

Emin Hüseynov iclası açaraq ilk olaraq Xidmətin Müşahidə Şurasının sədri və üzvlərinin təyin olunması ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. 

Sonra hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olmuş Azərbaycan xalqının qələbəsinin əbədiləşdirilməsi üçün köçkün düşən insanların öz doğma torpaqlarına qayıdışının təmin olunmasını xüsusi vurğulanıb. 

İclasın sədri Müşahidə Şurasının üzvlərini yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə əhalinin qayıdışı ilə əlaqədar qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib. 

İclasda həmçinin, Fərmandən irəli gələn vəzifələrin icrasının təmin etmək məqsədilə xidmətin fəaliyyətinin təşkili sahəsində ilkin mərhələdə ən vacib məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub. 

Sonda Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO