Tut ağaclarının bərbad günə qoyduğu küçələr - Problemdən ÇIXIŞ YOLU nədir? - FOTO

Tut ağaclarının bərbad günə qoyduğu küçələr - Problemdən ÇIXIŞ YOLU nədir? - FOTO

Hazırda oxunan: Tut ağaclarının bərbad günə qoyduğu küçələr - Problemdən ÇIXIŞ YOLU nədir? - FOTO

85959

“Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim”

Mahnı kimi əladır, tut meyvəsi də şübhəsiz ki, cana faydalı meyvələrin içində birincilər sırasındadır. Amma yaratdığı problemlər də kifayət qədərdir. Hər ilin iyun-iyul aylarında Bakının əksər küçələrinin kənarında plansız şəkildə əkilən tut ağaclarından çəkdiklərimiz də var.

Küləklər şəhərinin davamlı əsən yelləri tut meyvəsi ilə keçdiyimiz yol-izi tut bürüyür.  
Şəhər sakinləri şikayət edir ki, bir sıra küçələrdə əkilmiş tut ağacları bar verdikdən sonra yollarda gediş-gəliş üçün onlara mane yaradır.

Asfalt üzərində şirə şəklində ayaqqabılara yapışır, bir az da keçmiş iylənərək ifunətə çevrilir. Hətta tut ağaclarının altından keçərkən üst-başın ləkələnməsin deyə, gərək xüsusi ehtiyat tədbirləri görəsən.

Bəs görəsən, aylarla yapışqan vəziyyətini saxlayan və mikrob mənbəyinə çevrilən bu ərazilərdə hər hansı bir təmizlik, yuma işi aparmaq olmazmı? 

Öncə bağban Mürsəl Məmmədovla danışdıq. O, Bizim.Media- ya açıqlamasında bildirdi ki, əslində şəhər ərazilərində, parklarda daha çox meyvə verməyən ağaclar əkilməlidir: 

“Şəhərdəki küçələrin, parkların yaşıllaşdırılması zamanı əkilən ağacların xüsusiyyətləri nəzərə alınmalıdır. Çox zaman küçələrdə tut və zeytun ağaclarının əkildiyini görürük, bəli, ola bilər ki, ağacın böyüklüyü kölgəlik baxımından çox yaxşı olsun. Amma ağacın meyvə verdiyi dövr küçədə natəmizlik, həmin ərazilərdə ağcaqanad, milçək bir sözlə anti-sanitar vəziyyətin yaranmasına səbəb ola bilər. Bunun üçün də bəzi tədbirlər görülməlidir, anti-sanitar vəziyyət aradan qaldırılmalıdır”.

Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi mövzu ilə bağlı isə bizə bildirdi ki, 60-70-ci illərdə Bakı şəhərinin kütləvi yaşıllaşdırılması üçün çox miqdarda ağac növləri əkilib.

Onların arasında tut ağacları da olub amma az miqdardadır:

“Ümumiyyətlə 90-cı illərdən sonra tut ağacı şəhərdə heç bir yerdə əkilməyib. Tut ağacları budanmaya gedəndir və bu prosesi tez-tez həyata keçirəndə ağac məhsul vermir, lakin inkişaf etməyə davam edir. Bu halda tut ağacları şəhərin çirklənməsində böyük rol oynaya bilməz.

Əgər sözügedən ağac növünün ümumiyyətlə yığışdırılması istənilirsə, məsələ qurum səviyyəsində qaldırılmalıdır. Çünki birbaşa olaraq bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. Nazirliyin rəyinə əsasən ağacların yeri dəyişdirilə bilər”.
O ki qaldı belə ərazilərin yuyulub təmizlənməsinə, anti-sanitar vəziyyətin aradan qaldırılmasına, fikrimizcə bu məsələyə əncam çəkmək olar. 

Bakı şəhərində küçələrin yuyulması isə artıq çoxdan unudulmuş prosesdir. Mövzuya qayıdacağıq.

Səkinə Yusibli, Bizim.Media














 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO