Ermənistanın 2 deputatı qanunsuz olaraq Xankəndinə gəldi

Ermənistanın 2 deputatı qanunsuz olaraq Xankəndinə gəldi

Hazırda oxunan: Ermənistanın 2 deputatı qanunsuz olaraq Xankəndinə gəldi

85947

Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasından olan deputatları,  Respublika partiyasının icra orqanının üzvləri - Taron Marqaryan və Tiqran Abramyan qanunsuz olaraq Qarabağa, Azərbaycanın qədim şəhəri olan Xankəndi şəhərinə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “panorama.am” saytında yerləşdirilib.

Mənbə yazır ki, irəvanlı deputatlar qondarma rejimin “parlamentinin” üç müxalifət qüvvələrinin – Daşnaksütyun, Ədalət və Demokratik partiyalarının nümayəndələri ilə görüşüblər. 

Xatırladaq ki, hazırda rus sülhməramlıların nəzarətində olan Azərbaycan torpaqlarına xarici ölkə vətəndaşlarının gəlişi yalnız rəsmi Bakının razılığı ilə həyata keçirilə bilər. İrəvanın belə addımı Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyən Paşinyan hakimiyyətinin açıqlamaları ilə üst-üstə düşmür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO