UEFA-dan son 10 mövsümün reytinqi – “Qarabağ”, “Neftçi”... 

UEFA-dan son 10 mövsümün reytinqi – “Qarabağ”, “Neftçi”... 

Hazırda oxunan: UEFA-dan son 10 mövsümün reytinqi – “Qarabağ”, “Neftçi”... 

85745

UEFA son 10 mövsüm Avropa kuboklarında mübarizə aparan klubların yeni reytinq cədvəlini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, reytinq son olaraq bu gün yenilənib. İlk pilləni “Real” (Madrid) (378.000 xal) tutur. Münhen “Bavariya”sı ikinci (320.000), “Barselona” isə üçüncüdür (286.000).

500 komandanın yer aldığı siyahıda Azərbaycandan 10 komanda yer alıb. Onların sırasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 84-cü yeri tutur (39.500 xal). Qurban Qurbanovun komandasının geridə qoyduğu komandalar sırasında “Rapid” (Vyana, Avstriya), “Spartak” (Rusiya) “Partizan” (Serbiya), “Vest Hem”, “Bernli”, “Everton”, “Sauthempton”, “Nyukasl” (hamısı İngiltərə), “Renn” (Fransa),  “Union Berlin”, “Hoffenhaym” (Almaniya) və s. var. 

Ümumən Azərbaycanın klublarının reytinqdə sıralaması aşağıdakı kimidir: 

84. “Qarabağ”  

200. “Neftçi”  

341. “Qəbələ” 

368. “Keşlə”  

369. “Sumqayıt”  

370. “Səbail”  

371. “Zirə”  

372. “Kəpəz”  

373. “Xəzər Lənkəran” 

374. “Bakı” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO