Gürcüstanla dövlət sərhədi pozulub, 2 nəfər saxlanılıb - RƏSMİ

Gürcüstanla dövlət sərhədi pozulub, 2 nəfər saxlanılıb - RƏSMİ

Hazırda oxunan: Gürcüstanla dövlət sərhədi pozulub, 2 nəfər saxlanılıb - RƏSMİ

85717

İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və DSX-nin birgə məlumatında qeyd edilib. 

Bildirilib ki, saxlanılan şəxslərin Şəki rayon sakinləri - 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99 KG 752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib. 

Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə maruxuanaya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb. 
Hazırda Baş Prokurorluq və DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO