“Kişilikdən çox danışanlarda qadınlıq kompleksi var” – Psixoloq başqa nələri AÇIQLADI?

“Kişilikdən çox danışanlarda qadınlıq kompleksi var” – Psixoloq başqa nələri AÇIQLADI?

Hazırda oxunan: “Kişilikdən çox danışanlarda qadınlıq kompleksi var” – Psixoloq başqa nələri AÇIQLADI?

85707

Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 

Lakin müvafiq cəza tədbirlərinə baxmayaraq, son günlərdə sosial şəbəkələrdə onlarla şəxsin öz icazəsi və istəyi olmadan video-görüntülərinin çəkilib ictimailəşdirməsi hadisəsi var.

Hətta bir müddət öncə hovuzda qadınları çəkərək təhqir edən, sosial şəbəkə hesabında paylaşan şəxs ictimaiyyətin qəzəbinə səbəb olması da buna sübutdur. Nəticədə həmin videonun müəllifi Əmrah Məhərrəmov məhkəmənin qərarı ilə inzibati qaydada 20 sutka həbs edilib. 

Lakin bu hadisələr günümüzdə tez-tez olur, sözügedən şəxslər özlərini “yaxşı” göstərmək, piar qazanmaq üçün başqasının şərəf və ləyaqətini alçaltmaqdan çəkinmirlər.

Psixoloq Mədinə Rəsul Bizim.Media-ya bu tip şəxslərin psixologiyası haqqında bir neçə məqamı açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqlar üçün LAYLA və NAĞIL terapiyası - Bunu hansı şəkildə aparmaq lazımdır?


Onun sözlərinə görə, belə düşüncə tərzi zamanla yaranır və bu həmin şəxslərin yetişdiyi ailədən daha sonra düşdüyü sosial mühitdən çox asılıdır:

“Hər bir şəxsin içində qadın və kişi enerjisi mövcuddur. Biz buna maskulin və feminin enerjilər də deyirik. O kişilər ki, əks cinsinə qarşı onun geyiminə, fiziki görünüşünə söz deyirsə, təhqir edirsə, demək daxillərində yatan qadın enerjisini gizlətməyə çalışırlar. Kişilərin həmin qadına yanaşması içlərindəki qadın enerjisinə olan münasibətidir. Hətta bunu məşhur psixiatr Karl Qustav Yunqun da fikirlərində görə bilərik. O, qeyd edir ki, kişilikdən daha çox danışan, maskulin kişi enerjisini göstərməyə çalışan insanlarda qadın enerjisi daha basqın halda olur. Bunu basdırmaq, gizlətmək üçün də təhqirə və digər etik olmayan hərəkətlərə əl atırlar. Yəni, belə kişilər kişidən daha çox arvad xislətlidirlər. Onlarda qadın kompleksləri var. Kişi heç kimin sirrini, gördüyünü danışmaz”. 

Ekspertin qeyd edir ki, elmi araşdırmalar həmin düşüncə tərzində olan şəxslərin adətən qadağalar, böyük tabular altında böyüdüyünü üzə çıxarıb: 

“Eyni zmanda bu cür insanların cinsi mövzuların günah olaraq göstərildiyi ailələrdə böyüdüyü ortaya çıxır. Onlar hər situasiyaya irrasional şəkildə yanaşırlar. Savadın, dünyagörüşünün də deyərdim ki, bu mövzuda rolu böyükdür. Bilgili insan, anatomiyadan az da olsa məlumatlı olan şəxslər bədən görərkən onu "libido" (hormon) yox, elə olduğu kimi görürlər” - , deyən M.Rəsul maarifləndirmənin burada böyük rol oynadığını, məktəblərdə cinsi tərbiyə dərslərinin keçirilməsinin vacibliyini vurğulayıb. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO