Planetin ən yaraşıqlı kişisini siz də TANIYIN - FOTO

Planetin ən yaraşıqlı kişisini siz də TANIYIN - FOTO

Hazırda oxunan: Planetin ən yaraşıqlı kişisini siz də TANIYIN - FOTO

85694

Beş ay ərzində “Nubia” onlayn layihəsinin oxucuları səsvermədə iştirak edərək, planetin ən yaraşıqlı kişisini seçiblər.

Bizim.Media xəbər verir ki, ümumilikdə, sorğuda on bir milyondan çox istifadəçi iştirak edib. 

Bu gün isə nəşr nəhayət nəticələri dərc edib. Çoxları üçün gözlənilmədən qalib Çin aktyoru Xiao Zhan olub. O, vətənində bir nömrəli ulduzdur.

Onun işi hətta Ginnesin Rekordlar Kitabında qeyd edilib. 2020-ci ilin aprel ayında yayımlanan “Spot Light” mahnısı gündə 25,48 milyon yükləmə ilə Çində ən sürətli yüklənən mahnı olub. 
İkinci yerdə Cənubi Koreyalı bəstəkar və aktyor Kim Tae-hyun qərarlaşıb. Üçüncü yerə isə çinli aktyor, rəqqas və teleaparıcı Vanq Yibo layiq görülüb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO