TAP qaz satın alınması üçün üçüncü tender elan edəcək

TAP qaz satın alınması üçün üçüncü tender elan edəcək

Hazırda oxunan: TAP qaz satın alınması üçün üçüncü tender elan edəcək

85653

Trans-Adriatik boru xətti (TAP) konsorsiumu özünün əməliyyat fəaliyyəti, eləcə də kompressor stansiyalarının doldurulması üçün qaz satın alınması üzrə tender elan edəcək.

Bizim.Media bu barədə konsorsiuma istinadən məlumat verir.

Qeyd olunur ki, tenderə dəvət avqustun 1-dən etibarən elan olunacaq. Tender prosesi 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək tədarük dövrünü əhatə edəcək.

TAP konsorsiumu üçüncü bu cür tender keçirir. Birinci tender 2020-ci ilin iyununda, ikinci tender 2021-ci ilin mayında keçirilmişdi.

Xatırladaq ki, TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edən boru xətti proyektidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO