Masallıda qaydaları pozan sürücülər HƏBS EDİLDİ

Masallıda qaydaları pozan sürücülər HƏBS EDİLDİ

Hazırda oxunan: Masallıda qaydaları pozan sürücülər HƏBS EDİLDİ

85594

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Masallı rayon sakini T.Talıbov və Bakı şəhər sakini Ə.Əlizadənin dəfələrlə xəbərdarlıq edilməsinə və barələrində qanunamüvafiq tədbirlər görülməsinə baxmayaraq özlərinə məxsus avtomobillərə qanunsuz olaraq əlavə avadanlıq quraşdırmaqla və kobud konstruksiya dəyişikliyi etməklə digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları, ictimai qaydanı pozan hərəkətlərə yol verdikləri aşkarlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada qaydaları pozan 25 sürücü CƏRİMƏLƏNDİ


Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs 8 gün müddətində inzibati qaydada həbs ediliblər. 

Bildirilib ki, bu kimi nəzarət-profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.

Elşən Feyzullayev, Biyim.Media - Cənub Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO