Prezident Administrasiyasının rəhbəri İCLAS KEÇİRDİ

Prezident Administrasiyasının rəhbəri İCLAS KEÇİRDİ

Hazırda oxunan: Prezident Administrasiyasının rəhbəri İCLAS KEÇİRDİ

85592

Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə növbəti iclas keçirilib.

Bizim.Media xəbər verir ki, Samir Nuriyev Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının çıxışından irəli gələn vəzifə və tapşırıqları vurğulayıb.

O, Qərargahın fəaliyyətinin planlılıq, operativlik, şəffaflıq kimi prinsiplərə əsaslanaraq daha da təkmilləşdirilməsinin önəmini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə İLK İCLASI - FOTO


Sonra 2022-ci il iyulun 5-də Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin Suqovuşan və Ağdam istiqamətinə səfəri zamanı müəyyənləşdirilmiş məsələlərə dair müzakirələr aparılıb.

Zəngilan rayonunun Ağalı kənd sakinlərinin qayıdışının birinci mərhələsi üzrə 41 ailənin köçürülməsinə toxunan Qərargah rəhbəri böyük qayıdış prosesinin başlaması ilə əlaqədar qarşıda duran yeni vəzifələri qeyd edib.

İclasda Əlaqələndirmə Qərargahının cari fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən yaşayış məntəqələrinin şəhərsalma sənədlərinin hazırlanması, mühəndis-kommunikasiya və sosial infrastrukturla təmin edilməsi, habelə əhalinin qayıdışının təşkili və dayanıqlı məskunlaşması üzrə məsələlər müzakirə olunub.
Sonda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO