Azərbaycanda taxıl biçini başa çatıb – Məhsuldarlıq haqqında statistika isə HAZIR DEYİL

Azərbaycanda taxıl biçini başa çatıb – Məhsuldarlıq haqqında statistika isə HAZIR DEYİL

Hazırda oxunan: Azərbaycanda taxıl biçini başa çatıb – Məhsuldarlıq haqqında statistika isə HAZIR DEYİL

85554

“Ölkədə taxıl biçini demək olar ki, yekunlaşıb. İyunun 26-dək ölkə üzrə 456.556 hektar sahədə növbəti mövsüm üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 50,6 faizində yay şumu aparılıb”.

Bu məlumat Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib. Əlavə məlumata görə, biçilmiş sahələrdə ən çox yay şumu Sabirabad (87.1%), Hacıqabul (84.9%), Neftçala (84.4%), Bərdə (84.4%), Yevlax (83.2%) və Ucar (81.5%) rayonlarında aparılıb.

Nə qədər taxılın əldə edilməsi haqqında isə hələlik statistika hazır deyil. Hər hektara düşən orta məhsuldarlıq məsələsi də bu rəqəmə görə dəqiqləşdirilməmiş qalıb. 

Oxucularımıza bu haqda məlumatı yəqin yaxın günlərdə əldə edib vermək mümkün olacaq. Ona qədər isə hazırda şumlamanı nəzərə alaraq gələcək məhsuldarlıqla bağlı ekspert fikirlərini öyrəndik. Düşündük ki, maarifləndirmə işi həmişə vacibdir və kimlərəsə faydalı ola bilər.

Taxılların eyni sahədə 2-3 il əkildiyini nəzərə alsaq, vegetasiyanın sonunda torpağı yenidən canlandırmaq, quruluğunu dəf etmək lazım gəlir. Ümumiyyətlə taxılın daha məhsuldar olması üçün sahibkarlar hansı tədbirləri görməlidir?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, bu məsələyə kompleks şəkildə yanaşılmalıdır:

“Bildiyiniz kimi ölkədə fərqli torpaq, iqlim şəraiti var. Ona görə də hər bir regionun özünə görə optimal əkin, səpin, biçin müddəti var. Məhsuldarlığı ölkədə daha da artırmaq üçün:

1. Bizim sahibkarların bilikləri artırılmalıdır. Əgər onlar məhsuldarlığı artırmaq üçün nə edəcəklərini yaxşı bilmirlərsə, edəcəkləri faydasız ola bilər. 

2. Azərbaycanda torpaqların münbitliyi təmin olunmalıdır. Çünki araşdırmalar əsasən deyə bilərəm ki, əkin torpaqlarında mineral elementləri yoxdur və ya kifayət qədər deyil. 

3. Su problemi öz həllini tapmalıdır. Fermer su axtarmamalıdır, əkin sahələrinə təminatın aparılması davamlı şəkildə olmalıdır.  

4. Keyfiyyətli toxum materialları ilə əkin prosesini aparmaq da mühümdür. Toxum torpaq-iqlim şəraitinə, stress, quraqlığa dözümlü olmalıdır. 
5. Aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl edilməlidir. Bu sahədə yüksək mütəxəssislər çalışıb istehsal prosesində fermerlərin üzləşdikləri problemlərin arada  qaldırılması üçün addımlar atmalıdır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO