Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır 

Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır 

Hazırda oxunan: Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır 

85529

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.  

Hüseyn Savadov (45 kq) ilk mərhələdə türkiyəli Ömər Altaşla qarşılaşacaq. 

Vədat Qasımlı (51 kq) Rafail Papageorgiu (Yunanıstan) - Armen Gevorqyan (Ermənistan) görüşünün qalibiylə üz-üzə gələcək. 

Məhəmməd Qasımzadənin (60 kq) təsnifat mərhələsində rəqibi misirli Omar Murad olacaq.  Davud Məmmədov (71 kq) 1/8 finalda Amirşah Vahobov (Özbəkistan) - Maksim Radik (Ukrayna) qarşılaşmasının qalibiylə güləşəcək. 
Mikayıl İsmayılov (92 kq) 1/8 finalda gürcüstanlı Gor Ayvazyanla qarşılaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO