Toyda şüşə parçası Vasifə baha başa gəldi:

Toyda şüşə parçası Vasifə baha başa gəldi: "Şalvarım cırıldı, ayağım şişdi" - VİDEO

Hazırda oxunan: Toyda şüşə parçası Vasifə baha başa gəldi: "Şalvarım cırıldı, ayağım şişdi" - VİDEO

85221

Əməkdar artist Vasif Məhərrəmli toyda bədbəxt hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, sənətçi qatıldığı toy məclislərin birində ayağının altında qalan kiçik şüşə parçası onun həyatını təhlükəyə atıb.

Ayağından zədə alan Vasif həmin anları yadına salaraq, başına gələn xoşagəlməz hadisəni bu cür nəql edib.

"Məclislərin birində başıma xoşagəlməz hadisə gəlib. Ofisiantlardan biri stəkanı sındırmışdı. Yerdə də onun kiçik qırığı qalmışdı. Ayağımın altında qaldı və mən sürüşdüm. Arxaya tam yıxılmadım. Özümü qoruya bildim. Şalvarım cırıq-cırıq oldu. Ayağım zədə aldığından şişdi və ölcüsü bir neçə dəfə böyüdü. Şiş böyüdüyündən ayağımdan şalvarı çıxara bilmədim. Məcbur olub, şalvarı kəsib, ayağımı çıxartdım".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO