Millimiz dünya çempionatına bu HEYƏTLƏ GEDİR

Millimiz dünya çempionatına bu HEYƏTLƏ GEDİR

Hazırda oxunan: Millimiz dünya çempionatına bu HEYƏTLƏ GEDİR

85007

İyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının rəhbər şəxslərinin iştirakıyla məsul yarışda ölkəmizi təmsil edəcək qızlardan ibarət yığma komandayla görüş keçirilib. 

Baş katibin müavini Orxan Məmmədovla Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov milli üzvlərinə mundialda uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar.

Dünya çempionatında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Gülər Həbibova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) mübarizə aparacaq.
Qeyd edək ki, iyulun 26-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Növbəti gün Elvina, Ruzanna, Günay və Fatimə, ayın 28-də isə Aysellə Gülər xalçaya çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO