Daha bir şəhid ailəsinə EV verildi - FOTO 

Daha bir şəhid ailəsinə EV verildi - FOTO 

Hazırda oxunan: Daha bir şəhid ailəsinə EV verildi - FOTO 

84961

Vətən müharibəsi şəhidi Zahir Vəlişovun Beyləqanda yaşayan ailəsi mənzillə təmin olunub. 
Rayonun Dünyamalılar kəndində yaşayan ailə bundan sonra dövlətin onlara verdiyi 2 otaqlı mənzildə, şəhidin xatirəsi ilə bərabər yaşayacaqlar. 13 yaşlı Arif və 14 yaşlı Xatirə atalarının ruhu ilə bu evdə söhbətləşib, dərdləşəcəklər...

Şəhidin həyat yoldaşı Xanım Vəlişova Bizim.Media-ya açıqlamasında göstərdiyi diqqətə görə, eləcə də tam təmirli yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Zahir Arif oğlu Vəlişov 1983-cü il fevralın 17-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Zahir Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Zahir Vəlişov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub.

Dövlət başçısının müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə mənzillər təqdim olunub.  

Ümumiyyətlə Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilib.

Bu ilin sonunadək 1500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub ki, artıq 600 mənzil təqdim olunub. Yaxın iki ayda isə daha 500 mənzil və fərdi ev veriləcək. 
Bununla yanaşı postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bu günədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO