11 şəxs vəzifədən azad edilib - RƏSMİ 

11 şəxs vəzifədən azad edilib - RƏSMİ 

Hazırda oxunan: 11 şəxs vəzifədən azad edilib - RƏSMİ 

84949

2022-ci ilin birinci yarımili ərzində aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 115 təqdimat verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

13 prokurorluq işçisi cəzalandırıldı – RƏSMİ  


Qeyd edilib ki, həmin təqdimatlar üzrə 11 şəxs vəzifədən azad olunub. Müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb. 4 halda xəbərdarlıq olunub, 24 işçiyə isə töhmət və ya şiddətli töhmət verilib. 

Digər hallarda isə təqdimat əmək kollektivinin iştirakı ilə geniş müzakirə olunaraq təqdimatda göstərilmiş qanun pozuntularının aradan qaldırılması, qanunvericiliyin tələblərinə ciddi əməl olunması, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara göstəriş verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO