Böyük Qayıdışın sürətləndirilməsi üçün genişmiqyaslı işlər görülür – RƏSMİ  

Böyük Qayıdışın sürətləndirilməsi üçün genişmiqyaslı işlər görülür – RƏSMİ  

Hazırda oxunan: Böyük Qayıdışın sürətləndirilməsi üçün genişmiqyaslı işlər görülür – RƏSMİ  

84920

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Komitədən Bizim.Media-ya verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə konkret tapşırıqlar verdiyi xatırladılıb.

Bildirilib ki, dövlət başçısı müvafiq qurumlara gələn ilin büdcəsinə infrastruktur, yaşayış binaları, kəndlərin qurulması üzrə layihələrin daxil edilməsini tapşırıb.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə və açılan iş yerlərində yerli sakinlərin - keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması mühüm bir vəzifə kimi qarşıya qoyulub.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq


Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə komitənin fəaliyyət istiqamətləri üzrə verdiyi tapşırıqların icrası təmin ediləcək.

Prezident İlham Əliyevin tapşırığı əsasında, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yeni salınan Ağalı kəndinə qayıdışının başlanmasını tarixi hadisə kimi dəyərləndirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev son iki gün ərzində 20 ailənin yola salındığını və bundan sonra da köçürülmənin yüksək səviyyədə təşkil edilməsinin vacibliyini bildirib.

Böyük Qayıdışın daha da sürətləndirilməsi üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparıldığı qeyd edilib.

Kollegiya iclasında həmçinin Komitənin elektron bazasının təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, təchizat və istehsalat sahələrində işlərin təşkili və s. məsələlərə baxılıb, müvafiq tapşırıqlar verilib, fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Eyni zamanda, Zəngilan rayonunun Ağalı kəndinə yerli sakinlərin köçürülməsinin növbəti mərhələlərinin də ardıcıl şəkildə icra olunması üçün komitənin şöbə və departamentlərinə müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO