İyulun 21-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 49-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:12 / 22.07.2022
Ötən gün 54 cinayətin üstü açılıb
Hazırda oxunan: Ötən gün 54 cinayətin üstü açılıb
Hazırda oxunan: Ötən gün 54 cinayətin üstü açılıb
84859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.