Azərbaycan həbsxanalarında vərəmlə bağlı durum açıqlandı

Azərbaycan həbsxanalarında vərəmlə bağlı durum açıqlandı

Hazırda oxunan: Azərbaycan həbsxanalarında vərəmlə bağlı durum açıqlandı

84613

Vərəmlə mübarizə sahəsində əldə olunan və beynəlxalq aləmdə təqdir olunan nailiyyətlər nəticəsində penitensiar müəssisələrdə vərəmdən ölüm və ona yoluxma hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, BQXK ilə birgə bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə ötən il penitensiar müəssisələrdə vərəmdən ölüm 140 dəfədən çox azalıb.

2010-cu ildə vərəmə nəzarət işinin tamamilə Ədliyyə Nazirliyinə təhvil verilməsindən sonrakı dövrdə də dövlətimizin siyasi iradəsi ilə bu sahədə islahatlar uğurla davam etdirilərək penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək göstəricilərə nail olunub.
Ölkəmizdə ÜST-ün tövsiyə etdiyi vərəmin uğurlu müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 96 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 88 faiz müsbət nəticələr əldə olunub ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO