Nabranda qidadan zəhərlənən şəxslərin kimliyi bəlli oldu

Nabranda qidadan zəhərlənən şəxslərin kimliyi bəlli oldu

Hazırda oxunan: Nabranda qidadan zəhərlənən şəxslərin kimliyi bəlli oldu

84589

Gecə saatlarında Xaçmaz rayon mərkəzi xəstəxanasına müraciət edən 5 nəfər - Ağsu rayon sakini, 9 yaşlı Elçin Cabbarlı, Bakı sakini, 7 yaşlı Tuncay Əsədli, Şəmkir rayon sakini, 7 yaşlı Yamin Yəhyayev, Bakı sakini, 15 yaşlı Mehmet Kahveçi, Gəncə sakini, 13 yaşlı Surxay Məmmədzadə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Daha 5 nəfər - Bakı sakini, 30 yaşlı Sevda Cəfərova, onun qızı Arzu Cəfərova, 12 yaşlı Bakı sakini Nərmin Məmmədzadə, 14 yaşlı Bakı sakini Gülay Məmmədzadə bu gün evə buraxılıb.

Məlumatı Xaçmaz rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rəhimə Şirinova verib.

Xaçmazın hüquq-mühafizə orqanları zəhərlənmə faktı ilə bağlı araşdırmaya başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO