“Moskva” Ticarət Mərkəzi böyük məbləğdə cərimə edildi – SƏBƏB 

“Moskva” Ticarət Mərkəzi böyük məbləğdə cərimə edildi – SƏBƏB 

Hazırda oxunan: “Moskva” Ticarət Mərkəzi böyük məbləğdə cərimə edildi – SƏBƏB 

84580

“Moskva” Ticarət Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti cərimə olunub.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ticarət mərkəzi tərəfindən açıq məkanda qanunsuz reklam yerləşdirilməsi Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən aşkar edilib.  

Mərkəzin barəsində İnzibati Xətalar Məcəlləsinin  428.7.1-ci (müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati icraat başlanılıb.  
İşə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Hakim Babək Pənahovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.  

Qərara görə, “Moskva” Ticarət Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti 5 min manat miqdarında cərimə olunub. “Moskva” Ticarət Mərkəzi qızıl alqı-satqısı ilə məşğul olur.  

Azərbaycanda ən böyük qızıl mağazalarından biridir. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO