Məşhur ukraynalı aktrisa və teleaparıcı vəfat etdi

Məşhur ukraynalı aktrisa və teleaparıcı vəfat etdi

Hazırda oxunan: Məşhur ukraynalı aktrisa və teleaparıcı vəfat etdi

84410

57 yaşlı məşhur ukraynalı aktrisa və teleaparıcı Ruslana Pisanka (əsl soyadı Pisanko) vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TSN nəşri yayıb.

Sənətçi uzun sürən xəstəlikdən sonra iyulun 19-na keçən gecə müalicə üçün bu ilin fevralında getdiyi Almaniyada dünyasını dəyişib. 

Onun xəstəliyinin dəqiq diaqnozu açıqlanmayıb. 

Xatırladaq ki, bir müddət əvvəl o, tamaşaların birində huşunu itirərək ayağını sındırıb, sonra əməliyyat olunub.

Pisanka 1965-ci il noyabrın 17-də Kiyevdə anadan olub, 1995-ci ildə Kiyev Dövlət Mədəniyyət İnstitutunun rejissorluq fakültəsini bitirib.

Aktrisanın filmoqrafiyasına 30-dan çox layihə, o cümlədən "Paxlalı şahzadə" (1994), "Üç muşketyor" (2004), "Qafqaz əsiri!" (2014) daxildir.

O, həmçinin “Qudalar” serialının çəkilişlərində də iştirak edib və Ukraynada televiziya proqramlarının aparıcısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO