“Bu gün Böyük Qayıdışın ilk qədəmləri qoyulur” - Komitə sədri

“Bu gün Böyük Qayıdışın ilk qədəmləri qoyulur” - Komitə sədri

Hazırda oxunan: “Bu gün Böyük Qayıdışın ilk qədəmləri qoyulur” - Komitə sədri

84372

Azərbaycanın işğal altında olan torpaqları 30 ildən sonra Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində azadlığa qovuşdu. Biz buna görə Müzəffər Ali Baş Komandana, Ordumuza, hərbçilərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Bu gün onların sayəsində vətəndaşlarımız öz yurdlarına qayıdırlar. 

Bizim.Media xəbər verir ki, bunu Ağalı sakinlərini yolasalma tədbirində jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ağalı kəndinə 41 ailə köçürüləcək” - Prezidentin xüsusi nümayəndəsi


O qeyd edib ki, bu gün Böyük Qayıdışın ilk qədəmləri qoyulur. Azərbaycanda ilk dəfə "ağıllı kənd" konsepsiyası həyata keçirilib. Müasir standartlara cavab verən evlərdə insanların rahatlığı üçün hər bir şərait yaradılıb. 

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə irimiqyaslı infrastruktur layihələri davam etdirilir, böyük quruculuq işləri gedir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO