“ABŞ Cənubi Qafqazda münasibətlərin normallaşması istiqamətində fəal rol oynayır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirilən brifinqdə deyib.
“ABŞ ardıcıl olaraq ikitərəfli və eyni mövqeli tərəfdaşlarla birgə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə uzunmüddətli, hərtərəfli sülhün əldə edilməsində köməklik göstərməyə hazır olduğunu bəyan edib” – deyə Prays qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Ermənistan XİN-ləri arasında TARİXİ GÖRÜŞ – İrəvana SON XƏBƏRDARLIQ
“Biz XİN başçıları arasındakı görüşü alqışlayırıq. Biz dialoqun Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitə olduğuna inanmağa davam edirik və bunu bacardığımız qədər dəstəkləməyə davam edəcəyik", - Dövlət Departamentinin sözçüsü bildirib.
Bizim.Media