ATV-nin keçmiş rəhbərinin qızı nişanından FOTOLAR paylaşdı

ATV-nin keçmiş rəhbərinin qızı nişanından FOTOLAR paylaşdı

Hazırda oxunan: ATV-nin keçmiş rəhbərinin qızı nişanından FOTOLAR paylaşdı

84340

Xəbər verdiyimiz kimi, iyunun 27-si ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesabında məşhur proqramçı Tural Bədirxanlı ilə nişandan çəkilən fotolarını paylaşıb.

Xatırladaq ki, Gültəkin ilə Tural cütlüyünün nişan mərasimi paytaxtın lüks restoranlarının birində baş tutub.

Amerikada yaşayan Gültəkin Qaradağlı ABŞ-ın Fordhem Universitetində təhsil alır. Tural Bədirxanlı isə 1984-cü ildə Quba şəhərində dünyaya gəlib. Quba Türk Liseyini bitirib, sonra Boğaziçi Universitetinin Fizika fakültəsində təhsil alıb.  

O, ikinci kursda oxuyan zaman Massaçusets Texnologiya İnstitutuna qəbul olub. Bir müddətdən sonra "Google" şirkətində işə düzəlib. 2013-cü ildə "Namo Media" adlı şirkətin həmtəsisçilərindən biri olub.  
2014-cü ildə “Twitter” şirkəti "Namo Media" şirkətini 50 milyon dollara satın alıb. Həmçinin, Tural Bədirxanlı sözügedən platformada pay sahibi olub. 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO