Cavanşir Məmmədov

Cavanşir Məmmədov "Avroviziya"ya getmək istəyir: "Dünya bir-birinə dəyər" – VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov "Avroviziya"ya getmək istəyir: "Dünya bir-birinə dəyər" – VİDEO

84217

“Dövlətimin, xalqımın, vətənimin bayrağını və səsini ucaltmaq üçün “Avroviziya”ya gedərəm. Özümdə də o potensiyalı görürəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişdə deyib. 

Sənətçi, ölkəmizi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil etmək istədiyini bildirib. O, sözügedən yarışmaya gedəcəyi halda qoyacağı şərtləri də açıqlayıb.

“Orada beş nəfərlə qrup şəklində Azərbaycanı təmsil edərəm, bütün dünya dəyər bir-birinə. Burada tək oxumaqdan söhbət getmir. Gərək yaxşı oxuyasan. Rəhmətlik Baloğlan Əşrəfovun mahnısını oxudum. Həmin mahnını Baloğlan Peymandan daha yaxşı oxumuşdu. Mənə deyirdi ki, bu mahnını sən də ifa et. Beş-altı nəğməni səsləndirmişəm və yaxşı da alınıb”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO