2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir.
Bizim.Media xəbər verir ki, iyulun 18-də namizədlər ingilis dili və kimya fənlərindən imtahan verəcəklər. İmtahanlar ölkə üzrə eyni vaxtda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Xaçmaz, Salyan, Şamaxı və Lənkəranda keçirilir.
Müsabiqənin test imtahanı mərhələsində hər namizədə onun ixtisası üzrə ümumtəhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir.
Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır.
Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.
Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərir. İxtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanır.
Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir.
Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq. Təlimatla bağlı ətraflı məlumat üçün namizədlərə şəxsi səhifələrinə nəzər yetirmələri tövsiyə olunur.
Xatırladaq ki, iyulun 14-dən başlanan və 7 gün davam edəcək imtahanda ümumilikdə 54 min 745 namizədin iştirakı gözlənilir. Müsabiqə ölkənin 10 müxtəlif şəhəri olmaqla, 15 imtahan mərkəzində təşkil edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:37 / 18.07.2022
Müəllim olmaq istəyənlər bu gün iki imtahan verəcək
Hazırda oxunan: Müəllim olmaq istəyənlər bu gün iki imtahan verəcək
Hazırda oxunan: Müəllim olmaq istəyənlər bu gün iki imtahan verəcək
84162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.