Xəbər verdiyimiz kimi, bir müddət əvvəl millət vəkili Etibar Əliyev Xəzər TV-də yayımlanan "Komedixana" yumoristik verilişini sosial şəbəkə hesabında sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, deputatın ittihamlarına sözügedən layihənin növbəti buraxılışında aktyorlar kiçik səhnəcik vasitəsi ilə cavab veriblər.
Aktyorun "Etibar Əliyev "Komedixana" haqqında danışıb" sözlərinə həmkarı eynəyini gözündən çıxardaraq "Etibar Əliyev kimdir?" sualını ünvanlayıb.
O isə bu sualın qarşılığında "Deputatdır. O, Milli Məclisdə oturur" deyə cavab verib.
MÖVZU İLƏ BAĞLI:
Xəyalədən onları təlxək adlandıran deputata ağır sözlər: "Qapı-qapı gəzib... - FOTO
"Milli Məclis parkdır ki, gedib orada oturur?! Orada danışmaq lazımdır, oturmaq yox. "Komedixana" hamıya gün kimi aydındır ki, biz burada hamını güldürürük. Etibar müəllim də özünü pis güldürməyib. Sən gəl, o Etibar müəllimin xəbərini vur "hava proqnozu"na. Yaz ki, Bakıda bərk külək əsdi" sözləri ilə akyor səhnəciyə həm damğa vurub, eyni zamanda onları izləməyə gələn tamaşaçıların üzünü güldürüb.
Xatırladaq ki, E. Əliyev "Facebook" səhifəsində "Komedixana" verilişini və orada çıxış edən aktyorları ağır ifadələrlə tənqid etmişdi:
“Təsadüfən “Xəzər TV"-nin “Komedixana” kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq, davranış dərsi keçilibmi? Baxanda hiss edirsən ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər.
Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz, onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər”, - deyə deputat yazıb.
Rəşad Əliyev, Bizim.Media