Lənkəranda 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıqla bağlı RƏSMİ AÇIQLAMA

Lənkəranda 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıqla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Lənkəranda 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıqla bağlı RƏSMİ AÇIQLAMA

84079

Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda döyülən məktəblinin sinif rəhbəri DANIŞDI – “15 yaşında qıza əxlaqsız demək günahdır”
 

Mənbə bildirir ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO