Zivert Bakıda azərbaycanlı tamaşaçılardan üzr istədi - FOTO/VİDEO

Zivert Bakıda azərbaycanlı tamaşaçılardan üzr istədi - FOTO/VİDEO

Hazırda oxunan: Zivert Bakıda azərbaycanlı tamaşaçılardan üzr istədi - FOTO/VİDEO

84072

"Zivert" ləqəbi ilə məşhurlaşan, Rusiyanın pop ulduzu Yuliya Dmitriyevna Zivert "Sea Breeze Summer Live" çərçivəsində canlı solo konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, anşlaqla keçən möhtəşəm gecədə sənətçi repertuarında yer alan hitləri arda-arda düzüb.

"Zivert" onu izləməyə gələn azərbaycanlı tamaşaçılarını səhnədən salamlayaraq, onlara unudulmaz və xoş anlar bəxş edəcəyini dilə gətirib.

"Salam Bakı. Bu gün burada yaman çoxsunuz. Doğmalarım, sizi gözlətdiyimə görə üzürlü sayın. Konsert öncəsi başımıza müxtəlif hadisələr gəldi. Yolumuz heç də asan olmadı. Biz bu gün sizinlə birlikdəyik. Bura gələn hər bir tamaşaçıma dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çox sağolun ki, bu gün bu qədər çoxsunuz və məni bu qədər gözlədiniz. Bu gün burada isti və cənub gecəsini bizimlə keçirməyə qərar verdiniz. Bu gecə sizi mehriban mahnılar, qaynar rəqslər, yaxşı insan enerjisi, alovlu baxışlar və təbəssümlər mübadiləsi gözləyir" - deyə pop ulduz bildirib.

Musiqi ziyafətində diqqət çəkən məqam isə "Zivert"in ifa etdiyi mahnıların tamaşaçılar tərəfindən onunla bir yerdə əzbərdən oxuması olub. Bu isə müğənnini daha da coşdurub. Biz sözlə "Zivert" musiqi dolu gecəyə öz damğasını vurub. 

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO