\

\"Sumqayıt\" serb futbolçunu TRANSFER ETDİ

Hazırda oxunan: \"Sumqayıt\" serb futbolçunu TRANSFER ETDİ

84021

2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, "kimyaçılar" Serbiya U-21 millisinin üzvü Damian Daniçiçi “Dinamo” Zaqreb klubundan transfer edib.

22 yaşlı cinah müdafiəçisi mövqeyində çıxış edən Damianla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Srvena Zvezda" klubunun yetirməsi olan Daniçiç karyerası ərzində, həmçinin Serbiyanın "Qrafiçar", "Vozdovats", Xorvatiyanın "İstra" və "Varazdin" klublarında çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO