“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.
Bizim.Media xəbər verir ki, bunu "Gununsesi.info" saytına açıqlamasında Prezidentin Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdiyi Səfər Mehdiyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən AZAD EDİLDİ
Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib:
”Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa, mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.
“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi?” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.
”Oldu, təşəkkür edirəm, sağolun”, deyən S.Mehdiyev telefonun dəstəyini asıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:33 / 16.07.2022
İşdən çıxarılan Səfər Mehdiyevdən İLK AÇIQLAMA: “Kimsə yuxuda nəsə görürsə...”
Hazırda oxunan: İşdən çıxarılan Səfər Mehdiyevdən İLK AÇIQLAMA: “Kimsə yuxuda nəsə görürsə...”
Hazırda oxunan: İşdən çıxarılan Səfər Mehdiyevdən İLK AÇIQLAMA: “Kimsə yuxuda nəsə görürsə...”
84012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.