Əsir erməni hərbçiləri onlara göstərilən davranışa görə minnətdarlıq ediblər

Əsir erməni hərbçiləri onlara göstərilən davranışa görə minnətdarlıq ediblər

Hazırda oxunan: Əsir erməni hərbçiləri onlara göstərilən davranışa görə minnətdarlıq ediblər

837

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov hospitalda müalicə alan  erməni əsirlərinə baş çəkib. Sarqsyan Areq Siraki,  Amircanyan Narek Qariki və  Mikayelyan Albert Yervandi  Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana  qarşı  başladığı hərbi əməliyyatlar zamanı yaralı vəziyyətdə əsir düşüblər. Onlarla görüşən komissiya sədri yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanıb. Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirib, minnətdarlıq ifadə ediblər. 

Beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başcəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilmişdir. Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılıb. 

Ermənistan hərbçiləri başçəkməyə, xüsusilə də ailə üzvləri ilə yaradılmış telefon əlaqəsinə görə minnətdarlıqlarını bildiriblər. 

Mənbə : APA

   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO