9 yaşlı uşağı vuran avtomobilin sürücüsü məlum oldu - YENİLƏNİB/FOTO

9 yaşlı uşağı vuran avtomobilin sürücüsü məlum oldu - YENİLƏNİB/FOTO

Hazırda oxunan: 9 yaşlı uşağı vuran avtomobilin sürücüsü məlum oldu - YENİLƏNİB/FOTO

83660

Siyəzəndə 9 yaşlı uşağı vuran avtomobilin sürücüsü məlum olub.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, bu, Siyəzən şəhər sakini Vüsal Muradovdur. O idarə etdiyi "Vaz-2105" markalı avtomaşınla yolu keçən piyadanı vurub. 

Hazırda 9 yaşlı uşağın müalicəsi tibb müəssisəsində davam etdirilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

12.02***

Siyəzən şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın şimal bürosunun verdiyi məlumata görə, 9 yaşlı Hüseyn Səfərəliyevi maşın vurub.

Siyəzən Müalicə-Dioqnostika Mərkəzinə çatdırılan azyaşlıya kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin kritik olduğu bildirilir. 

Məktəblinin hansı avtomaşınla vurulduğu Siyəzən rayon polis şöbəsi tərəfindən araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO