“Qarabağ” Polşa təmsilçisi ilə oyuna BU İTKİLƏRLƏ çıxır - Ceyhun Əliyevdən ÖZƏL ŞƏRH

“Qarabağ” Polşa təmsilçisi ilə oyuna BU İTKİLƏRLƏ çıxır - Ceyhun Əliyevdən ÖZƏL ŞƏRH

Hazırda oxunan: “Qarabağ” Polşa təmsilçisi ilə oyuna BU İTKİLƏRLƏ çıxır - Ceyhun Əliyevdən ÖZƏL ŞƏRH

83403

Bu axşam saat 20:00-da Tofiq Bəhramov adına stadionda Çempionlar liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ- Lex” oyununun cavab qarşılaşması keçiriləcək.

Azərbaycan çempionunun revanş qarşılaşmasındakı oyunu sirr deyil ki, ölkəmizin bütün futbol azarkeşləri üçün maraqlı olacaq.

Bizim.Media-ya verilən məlumata əsasən, artıq oyunu stadiondan izləmək üçün biletlərin 85 faizdən çoxu satılıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ"dan "Lex"lə oyundan əvvəl azarkeşlərə MÜRACİƏT - VİDEO


Çempionumuzun doğma divarlar arasında keçirəcək oyunu öncəsi incələmələri tanınmış futbol şərhçisi Ceyhun Əliyevən aldıq. Ekspertin fikrincə, Qarabağın “Lex”lə ilk görüşdəki minimal məğlubiyyəti ağdamlıları irəli atılmağa sövq etdirəcək:

“Oyun başlayan kimi “Qarabağ” təşəbbüsü ələ almağa çalışacaq. Polşa təmsilçisi “Lex” keçən oyunda doğma divarlar arasında olmasına baxmayaraq, oyunu əks hücumlar üzərində qurdu və çox güman ki, bu dəfə də ara-sıra olunan birbaşa hücumları çıxsaq, komandamızı əks-hücumlarda yaxalamağa çalışacaq”.

Komandamızın lehinə olan faktorları da sadalayan idman şərhçisi əlavə edib ki, Qarabağ bu oyunda Lexin qapısına yol tapacaq:

“Azarkeş kütləsi və Bakıdakı hava kimi amillər bu gün “Qarabağ”ın lehinə olacaq. Erkən qol faktoru da var. Çox istərdik ki, köhlən atlar ilk 15 dəqiqədə hesabı açsın və bununla da, ümumi nəticə bərabərləşəcək. Məncə “Qarabağ” çox böyük təcrübəyə malik olduğu üçün “Lex”in qapısına yol tapacaq. İnanmıram ki, Polşa çempionu orada 90 dəqiqədə qapısının toxunulmazlığını qoruduğu kimi, Bakıda da bunu edə bilsin”. 

Ağdam təmsilçisinin yayda vidalaşdığı Patrik Andradenin mövqeyini doldura bilməməsinə də diqqət çəkən ekspert bu kimi məqamlarda diqqətli olmaq və komandada yaranan boşluqların asanlıqla doldurmaq lazım olduğunu deyib:

“Bir nüans var ki, bizə iki topun rəqib qapısından keçməsi lazımdır. Bu isə biraz ağır görünür. Çünki Qarabağ yayda vidalaşdığı Patrik Andradenin mövqeyini hələ də doldura bilmir. Hal-hazırda alternativ olmadığı üçün o cinahda Riçard Almeyda oynayacaq, amma Riçard hazırda karyerasının qürub çağını yaşadığı üçün onda perspektiv görmürəm. Daha bir əleyhimizə işləyən məqam odur ki, “Qarabağ”  oyundan-oyuna öz imkanlarını və oyun formasını artıran bir komandadır. İndi isə elə bir məqam yaranıb ki, Qarabağ forma yığmaq ərəfəsində qalıb.
 

Hazırda Qarabağın oyununda hamının ümüd bəslədiyi Kadi formada deyil. Zubirə isə kömək edəcək ikinci bir persona yoxdur. Hücumdakı Vadji isə arzu etdiyimiz oyunçu deyil.


Gördüyünüz kimi hücum potensialında 4 nəfərin adını çəkirik və onlardan 3-ü ya formada deyil, ya da onların istedadı Qarabağın ümumi ambisiyasına uyğun gəlmir”. 

“Qarabağ” FK-da yerli oyunçuların roluna da toxunan şərhçi Ceyhun Əliyev qeyd edib ki, Qarabağın ambisiyalarına uyğun yerli oyunçu tapmaq da çox çətindir:

“Toral Bayramov formada olmadığı üçün onu əvəzində Elvin Cəfərquliyev oynayır. Oyunçu kimi Toral püxtələşmiş kadrdır, Elvinə gəldikdə isə “Qarabağ” ondan üstün səviyyədədir. Ümumiyyətlə, “Qarabağ” üçün yerli çempionatda oyunçu tapmaq çox çətindir. Qurban Qurbanov futbolçunun oyun səviyyəsindən əlavə, intizamına çox diqqət yetirir. İntizam sözü isə yerli oyunçu ifadələri isə təəssüf ki, bizdə antonim təşkil edir”.

Qarabağda güclü yarımmüdafiəçi və hücumçuya ehtiyac duyulduğunu söyləyən ekspert komandadakı mövcud vəziyyətin ürəkaçan olmamasında bu faktorları xüsusilə qeyd edib:

“Könül istərdi ki, Qarabağda hal-hazırda 8 nömrə mövqeyi, yəni mərkəz yarımmüdafiəçi və mərkəz hücumçusu olsun. Hazırda çiynində bütün komandanı daşıyacaq hücumçulara ehtiyacımız var. Bu gün belə futbolçu təkcə Zubirdir, lakin hazırda Zubir də ideal deyil. Kadinin son vəziyyətinə diqqət edincə,  tam keyfiyyətsiz olduğunu görəcəyik. Andradenin getməyini də əlavə etsək, Qarabağ FK-da komanda olaraq mövcud vəziyyət heç də, ürəkaçan deyil”.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO