“Qrant almaq üçün əcnəbi qadınla evlənmək tələbi qoyulur” – SOSİOLOQ

“Qrant almaq üçün əcnəbi qadınla evlənmək tələbi qoyulur” – SOSİOLOQ

Hazırda oxunan: “Qrant almaq üçün əcnəbi qadınla evlənmək tələbi qoyulur” – SOSİOLOQ

83390

Hələ də türk kişilərin əcnəbi qadınlara olan maraq və rəğbət hissi mübahisə doğurur. Uzun Həsən, Sultan Süleyman və bir sıra tarixi və tanınmış isimlərin həyat yoldaşlarının millətcə yad olması bizə tanışdır.

Bizim.Media-nın araşdırmasına görə, məsələ bu gün üçün də aktuallığını saxlayır. Ətrafımızda bir çox uğurlu simalar var ki, onların həyat yoldaşı qeyri-millətdəndir.  

Əcnəbi qadınlar əsasən hansı Azərbaycan və türk kişilərinə üstünlük verir və niyə? 

Sosioloq Əhməd Qəşəmoğlu bu məsələnin Azərbaycanda SSRİ zamanından aktual olduğunu bildirir. Bunu qarşı tərəflə əlaqələndirməyib, sosioloq qeyd edir ki, bu, elə bizim kişilərin seçimidir:

“Sovet rejimi vaxtı arvadı başqa millətdən olanlara dövlət və gizli qüvvələr şərait yaradırdılar, perspektivlər açırdılar, xüsusiyyətlə də səriştəsi olanlara, qabiliyyətli gənclərə. Xatırlayıram ki, mən hər dəfə Moskvadan rayona gələndə partiya işçiləri, universitet müəllimləri təkid edirdilər ki, rus qızla evlənim. Mən isə həmişə bunun əksinin tərəfdarı olmuşam”.

Sosioloq deyir ki, bu məsələ keçmişdə qalmayıb, indi də fərqli formatlar mövcuddur.

“Yüksək vəzifəli şəxslərin bir qisminin həyat yoldaşı başqa millətdən olduğu üçün ölkəninin 2, 3, 4-cü adamı sayılırlar. Həmçinin burada Rusiyanın, eləcə də Avropanın təsiri var. Xarici qrant verən bəzi ölkə və şirkətlər şəxsin həyat yoldaşının öz millətlərindən olması tələbini qoyurlar”.

Sosioloq Lalə Mehralı isə mövzuya başqa prespektivdən yanaşır:

“Bu məsələni türklüyə, müsəlmanlığa bağlamaq doğru deyil. Tarixin bütün dövrlərində yad qadınla evlilik baş tutub. Bunu ruslar da, ingilislər, həmçinin almanlar da ediblər”.

Ekspert bir-birindən fərqli millətlərin izdivacını dəstəkləyir və qeyd edir ki, ümumilikdə, başqa millətdən biri ilə evlənmək mədəniyyətlərin birləşməsi, ailənin sağlam genlərin bir-birinə ötürülməsi, nəticədə hər iki genin daşıyıcısı olan uşaqların olmasına səbəb olur:

“Maraqlıdır ki, bu uşaqlar həm zahirən çox gözəl, həm də inkişaf etmiş olurlar. Həm də izdivaca könül işi kimi baxmaq daha doğru olar”.

Lalə Mehralı vurğulayır ki, əvvəllər türklər üçün əcnəbi qadınlarla evlənmək cazibəli, sehrli idi. İndi isə bu sehr yoxa çıxıb:

“Hesab edirəm ki, son vaxtlar fırıldaqçılıqla bağlı kişilərin başına çox iş gəldiyindən yadla izdivaca ehtiyat edirlər. Saxta nikah, toydan sonra gəlinin qızılları götürüb qaçması kimi vəziyyətlər, xüsusilə, Türkiyədə çox yaşanır. Bir başqa məsələ, elə türklər və əcnəbilərin də istədikləri ölkədə vətəndaşlıq, oturaqlıq izni almaq üçün evliliyə yaxın yol kimi baxmasıdır”.

Mia Quluyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO