Azərbaycan idmançısı Dünya kubokunda 4-cü yerdə

Azərbaycan idmançısı Dünya kubokunda 4-cü yerdə

Hazırda oxunan: Azərbaycan idmançısı Dünya kubokunda 4-cü yerdə

83297

İyulun 8-10-da İsveçrənin Lutsern şəhərində təşkil olunan akademik avarçəkmə üzrə Dünya kubokunun III mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu mərhələ olan bu turnirdə Azərbaycanı Diana Dimçenko təmsil edib.

Dimçenko bir nəfərlik akademik qayıqda 2000 metr məsafəyə yarışlarda mübarizə aparıb.

Təsnifat mərhələsində uğurlu çıxış edən Diana Dimçenko 07:31.31 dəqiqə nəticə ilə finiş xəttinə ikinci çatıb. Yalnız avstraliyalı Tara Riqnidən (07:29.64) geri qalan təmsilçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yarımfinalda da avarçəkənimiz ikinci yeri təmin edib. O, finiş xəttini 07.29.87 dəqiqəyə keçərək əsas final olan A finalında çıxış etmək hüququ qazanıb. Diana finalda 2000 metr məsafəni 07.31.84 dəqiqəyə qət edib.
Bununla da Diana Dimçenko Dünya kubokunda 4-cü yerə sahib olub. Almaniyalı Aleksandra Foster bütün rəqiblərini qabaqlayıb. Avstraliyalı Tara Riqni 2-ci, Canin Qmelin isə üçüncü yer tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO